Şiddətli istilərlə bağlı xəbərdarlıq EDİLDİ
Dünya Meteorologiya Təşkilatı bu il yay mövsümünün planetimizin şimal yarımkürəsində rekord səviyyədə isti keçə biləcəyinə dair xəbərdarlıq edib.
Sonxeber.az bildirir ki, təşkilatın nümayəndəsi Kler Nullis koronavirus pandemiyası ilə bərabər bu fenomeni də diqqətdə saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, 2020-ci ilin ilk aylarının isti keçməsi bu ilin meteoroloji ölçmələr tarixində rekorda imza atacağını ehtimal etməyə əsas verir. Pandemiya dövründə nə qədər mürəkkəb olsa da, şəhər və bələdiyyələr indidən insanları istidən və günvurmadan qorumaq üçün müvafiq tədbirlər görməlidirlər.
K.Nullis, həmçinin qeyd edib ki, yay mövsümünün olduqca isti keçdiyi illərdə adətən insanlara kondisioner sistemlərinin yaxşı çalışdığı ticarət mərkəzlərində daha çox vaxt keçirmək, istidən əziyyət çəkən qonşu və tənha yaşayan insanları tez-tez yoluxmaq tövsiyə olunurdu. Bu il isə pandemiya ilə əlaqədar olaraq sosial məsafə və evdə qalma tövsiyələri ön planda dayanır ki, bu da istilərlə bağlı fərqli yanaşma tələb edəcək.
Beynəlxalq təşkilat qarşıdakı mümkün istiləri nəzərə alaraq gündəlik həyatda edilməsi vacib olan işlərdən ibarət siyahı hazırlayıb, eyni zamanda, pandemiyaya paralel şəkildə istilərə qarşı mübarizə üçün ideyalar paketi üzərində iş aparılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2811 Tarix: 29 may 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp onun nitqini kəsən jurnalistə arxa sıranı göstərdi - Video
ABŞ Prezidenti Donald Tramp NBC telekanalının onun çıxışına müdaxilə edən əməkdaşını kobud adlandıraraq, birinci sıradan ən arxaya keçməyi məsləhət görüb. xəbər verir ki, bu barədə TASS yazıb. Hadisə Ağ Evdə keçirilən mətbuat konfransında baş verib. "Siz olduqca kobud insansınız, mən sizinlə danışmıram
21 noyabrİran blokadadan çıxmaq üçün plan hazırlayıb
İran tərəfi ABŞ-nin tətbiq etdiyi blokadadan çıxmaq üçün plan hazırlayıb. "Report" xəbər verir ki, bunu "Bəsic" qüvvələri rəhbərinin müavini Qasım Qureyşi jurnalistlərə açıqlayıb. "Biz blokadanı yarmaq üçün plan hazırlamışıq. İndiyədək bu istiqamətdə yaxşı addımlar atılıb. Hə
22 noyabrNigeriyada 300 nəfəri dəfn mərasminə aparan gəmi batdı - Video
Nigeriyanın cənubundakı Bayelsa ştatında göyərtəsində 300 nəfərin olduğu gəmi batıb. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, gəmi Niger çayının deltasındakı qollardan birinin yaxınlığında batıb. Gəmi bir neçə gün əvvəl həmin bölgədə baş vermiş oxşa
22 noyabrÇində elektromobillərin satışları rekord vurur
Çində noyabr ayında hər 10 avtomobil alıcısından 7-nin elektromobilə üstünlük verməsi proqnozlaşdırılır. Benzinlə işləyən avtomobillərin satışları isə azalmağa davam edir. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozun
22 noyabrAlimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
Amerikalı alimlər ilk dəfə Ay torpağının analoqunda kartof yetişdiriblər. Təcrübə zamanı torpağa üzvi kompost əlavə edilib. xəbər verir ki, Oreqon Dövlət Universitetinin məlumatına görə, kompost torpağın üçdəbirini təşkil etdikdə kartof normal inkişaf edərək yumrular əmələ gətirib. Alimlər məhsulda zəhərl
21 noyabr